Ubuntu, Debian əsaslı, quraşdırma və istifadə rahatlığı, həmçinin stabil buraxılış yüksəltmələrilə önə çıxan bir Linux distributividir. Canonical Ltd.-nin sponsorluğu ilə yoluna davam edir. Ubuntu-nun hədəfi ev istifadəçilərinin belə asanlıqla quraşdıra biləcəyi asan, sürətli, pulsuz, güclü və açıq bir əməliyyat sistemi təqdim etməkdir. Ubuntu, Zulu dilində; “Mən, sən sən olduğun üçün, mənəm” deməkdir, eyni zamanda “başqalarına qarşı mərhəmətli, xoş niyyətli” olmaq kimi insani dəyərlərin əsas alındığı bir dünya görüşüdür. İnsanlıq üçün Linux (Linux For Human Beings) devizi olan Ubuntu, Debian-dan fərqli olaraq hər 6 ayda bir yeni buraxılış təqdim edir; hər buraxılış üçün 18 ay dəstək verir. Həmçinin 3 il Masaüstü və 5 il Server sistem dəstəyi təklif edən Uzun Müddətli Dəstək (Long Term Support, LTS) buraxılışları müəyyən müddətlərdə stabil şəkildə çıxır.

Tarix və Təkmilləşdirmə mərhələsi

Debian əsasını təməl alaraq yola çıxılan ilk Ubuntu buraxılışı 2004-cü ildə yayımlandı. O zamandan etibarən hər altı ayda bir yeni buraxılış yayımlanır. MEPIS, Xandros, Linspire, Progeny və Libranet kim digər Debian əsaslı əməliyat sistemlərinin əksinə Ubuntu, Debian-ın fəlsəfəsinə sadiq qalır və bir azad proqram təminatı olaraq yoluna davam edir.

Ubuntu loqosu ilk buraxılışdan bəri eynidir. Əldə çəkilmiş və hal-hazırda ubuntu-title adlı bir font olan bu loqo Andy Fitzsimon tərəfindən hazırlanmışdır. Loqoda insanlar arasındakı bərabərliyə və qardaşlığa diqqət çəkilib.

Ubuntu paketlərinin çoxu Debian layihəsinin stabil olmayan bölümündən tərtib edilir. Ubuntu və bütün rəsmi derivativləri .deb paketləri və APT əsaslı paket idarəçiləri istifadə edirlər.

Ubuntu layihəsi, paketlər ilə bağlı bəzi məsələlərdə Debian ilə ortaq çalışır. Ubuntu-ya quraşdırılan paketlər Debian-ın stabillik səviyyəsi üçün bir test mühiti yaradır.



Quraşdırma

Ubuntu ən asan quraşdırılan əməliyyat sistelərindən biridir. Ubuntu quraşdırmaq üçün bir neçə next və bir install düyməsinə basmağınız kifayətdir. Quraşdırma prossesi ilə bağlı hər şeyi növbəti yazımda ətraflı şəkildə izah edəcəm.  



Paketlər

Debian-ın APT (Advanced Package Tool) paket sistemindən istifadə edən Ubuntu, qaynaq siyahınzı (sources list) genişləndirdiyiniz halda 25.000-dən çox paketi internetdən endirib quraşdırmağa hazırdır. APT proqramının qrafik araüzü olan Synaptic paket idarəçisi ilə Ubuntu depolarından istədiyiniz paketi tapıb quraşdıra bilərsiniz. İstədiyiniz bir paketi seçdiyiniz zaman onun işləməsi üçün lazım olan bütün digər paketləri və asılılıqları özü seçib quraşdırır.


Ubuntu Derivativləri

Ubuntu Debian əsaslı olduğu kimi, Ubuntu-dan çıxmış bir çox fərqli distributivlər də mövcuddur. Ubuntu standart olaraq Unity masaüstü mühiti ilə təklif olunur, lakin fərqli masaüstü mühitlərini quraşdırmaq və ya həmin masaüstü mühitləri əvvəlcədən quraşdırılmış olan fərqli Ubuntu derivativlərini endirib istifadə etmək olar. Məsələn Xfce sevənlər üçün Xubuntu, LXDE üçün Lubuntu, KDE üçün Kubuntu, Mate üçün Ubuntu Mate kimi bir çox seçim mövcuddur. Bunlardan əlavə Linux Mint, Ubuntu Studio, Edubuntu kimi daha fərqli distributivlər də mövcuddur. Bunlar hamısı Ubuntu əsaslı distributivlər olduğu üçün Ubuntu-da işləyən demək olar bütün proqramlar digər derivativlərdə də problemsiz işləyir.



Buraxılışlar

Ubuntu, altı ayda bir buraxılış çıxarır. Buraxılış nömrəsi çıxdığı il və ayı göstərir. Məsələn Ubuntu 4.10, 2004-cü ilin 10-cu ayında təqdim edilmişdi.


Buraxılış №

Buraxılış Adı

Çıxış Tarixi

4.10

Warty Warthog

20 / 10 / 2004

5.04

Hoary Hedgehog

8 / 04 / 2005

5.10

Breezy Badger

13 / 10 / 2005

6.06

Dapper Drake

1 / 06 / 2006

6.10

Edgy Eft

26 / 10 / 2006

7.04

Feisty Fawn

19 / 04 / 2007

7.10

Gutsy Gibbon

18 / 10 / 2007

8.04

Hardy Heron

24 / 04 / 2008

8.10

Intrepid Ibex

30 / 10 / 2008

9.04

Jaunty Jackalope

23 / 04 / 2009

9.10

Karmic Koala

29 / 10 / 2009

10.04

Lucid Lynx

29 / 04 /2010

10.10

Maverick Meerkat

10 / 10 / 2010

11.04

Natty Narwhal

28 / 04 / 2011

11.10

Oneiric Ocelot

13 / 10 / 2011

12.04

Precise Pangolin

26 / 04 / 2012

12.10

Quantal Quetzal

18 / 10 / 2012

13.04

Raring Ringtail

24 / 04 / 2013

13.10

Saucy Salamander

17 / 10 / 2013

14.04

Trusty Tahr

17 / 04 / 2014

14.10

15.04

Utopic Unicorn

Vivid Vervet

16 / 10 / 2014

23 / 04 / 2015




İşarətlər: linuxububntu

Şərhlər