Bütün oxuculara salamlar. Bu yazıda Ubuntu və digər Debian derivativlərində istifadə olunan apt-get paket idarəçisinin istifadəsi haqqında məlumat verəcəm.
apt-get, Debian və Debian derivativlərində istifadə olunan paket idarəçisidir. Bir Linux paket idarəçisinin işi ƏS-də olan paketləri(proqramları) idarə(silmək, yeniləmək, quraşdırmaq və s.) etməkdir.
Quraşdırma əmrləri:
ƏS-ə yeni paket quraşdırmaq üçün:
$ apt-get install paket_adi
Paket_adi üçün lazım olan asılılıqları axtarıb quraşdırmaq üçün:
$ apt-get build-dep paket_adi
Birdən çox paketi eyni əmr ilə quraşdırmaq üçün:
$ apt-get install paket_adi paket_adi2 paket_adi3
İdarə əmrləri:
Qaynaqlar siyahısını yeniləmək üçün:
$ apt-get update
Quraşdırılmış bütün paketləri yeniləmək üçün:
$ apt-get upgrade
Quraşdırılmış bütün paketləri asılılıqlar ilə birlikdə yeniləmək üçün:
$ apt-get dist-upgrade
Zədələnmiş asılıqları müəyyən etmək üçün:
$ apt-get check
Paketlər və onların asılılıqları ilə bağlı aptitude problemlərini aradan qaldırmaq üçün:
$ apt-get -f install
Sistemdə istifadə olunmayan .deb quraşdırma faylların silinməsi üçün:
$ apt-get autoclean
Silmə əmrləri:
Quraşdırılmış paketi silmək üçün:
$ apt-get remove paket_adi
Birdən çox paketi eyni əmr ilə silmək üçün:
$ apt-get remove paket_adi paket_adi2 paket_adi3
Quraşdırılmış paketi bütün tənzimləmə faylları ilə birliktə silmək(məhv etmək):
$ apt-get purge paket_adi
Digər proqramlar tərəfindən quraşdırılmış lakin artıq istifadə olumayan paketləri silmək üçün:
$ apt-get autoremove
Axtarış əmrləri:
Qaynaqlar siyahısında olan proqramlar arasında axtarış etmək üçün:
$ apt-cache search paket_adi
Paket və onun asılılıqları haqqında məlumat almaq üçün:
$ apt-cache show paket_adi
Paket_adi içində olan faylların siyahısını almaq üçün:
$ dpkg -L paket_adi
Quraşdırılmış bütün paketlərin siyahısını almaq üçün:
$ apt-cache pkgnames
Comments